Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərlə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, “Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika barədə ətraflı məlumat verilib, eləcə də gömrük bəyannamələrinin doldurulması qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə “Gömrük sərhədindən keçirilməsinə qadağa və məhdudiyyət tədbirləri tətbiq olunan bəzi malların kodlu Siyahısı” mövzusunda təqdimat nümayiş etdirilib. Həmçinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi meyarları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.